Mehdiabadda ağır yol qəzası, xəsarət alan var
09:32 24 Avqust 2021
Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Femida.az-ın məlumatına görə, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb.
Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1954-cü il təvəllüdlü Zeynalov Mübariz Qamboy oglu xəsarətlər alıb.
O təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona diz qapağının sınığı və sol qaşın kəsilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 1015