Lavrov erməni həmkarı ilə mina xəritələrinin Azərbaycana verilməsini müzakirə edib


18:48     01 Oktyabr 2021 2021/10/af0c0-1633099425_1633099695.jpg

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı olub.

Femida.az xəbər verir ki, telefon danışığı zamanı ikitərəfli gündəliyin aktual məsələləri, o cümlədən yüksək səviyyəli görüşlərin keçirilməsi, Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında əldə olunan 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların reallaşması müzakirə olunub.

Nazilər mina xəritələrinin təqdim olunması və mədəni irs abidələrinin qorunması kimi aktual humanitar problemlərin ardıcıl həllininin vacibliyini vurğulayıblar.

Femida.az

Açar sözlər: #Mina   #Rusiya    

Oxunub: 1150