Füzulidə minaya düşən polisin ayağı amputasiya edilib


12:32     27 İyun 2022 22_06_27_1656314014.jpg

Füzuli rayonunda minaya düşən polisin ayağı amputasiya edilib.

Bu barədə Femida.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.

Belə ki, iyunun 26-sı saat 20 radələrində Füzuli Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı İlham Salmanov rayonun işğaldan azad edilmiş Aşağı Seyidəhmədli kəndi ərazisində xidmətdə olarkən piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

O, xəstəxanaya yerləşdirilib, ayaq nahiyəsi topuqdan aşağı amputasiya olunub.

"Hazırda həyatı üçün təhlükə yoxdur", - DİN-in məlumatında bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 2640