Lixaçev İrəvana gedir: Rusiya Ermənistanda yeni AES tikəcək


15:39     20 Oktyabr 2021 2021/10/1FDEDB2D-C32B-41E3-8609-F22C08135562_1634731878.png

Rusiyanın Atom Enerjisi Korporasiyası olan "Rosatom" un baş direktoru Aleksey Lixaçev Ermənistana səfər edəcək. Femida.az xəbər verir ki, bu barədə "Sputnik Armeniya" məlumat yayıb.

Bildirilir ki, Lixaçev və rəhbərlik etdiyi nümayəndə heyəti İrəvana noyabrın əvvəlində gələcək. Səfər zamanı "Metsamor" AES -in əsaslı təmirinin gedişi, 2026 -cı ildən sonra onun xidmət müddətinin uzadılması imkanları, həmçinin yeni stansiyanın tikintisi perspektivləri müzakirə olunacaq.

Xatırladaq ki, "Rosatom" gələn ilə başa çatdırılması planlaşdırılan "Metsamor" AES -in əsaslı təmirini reallaşdıran əsas qurumlardan birirdir. "Rosatom"un törəmə şirkəti "Rusatom Service" təmir işlərinin mühüm hissəsinin baş podratçısı idi və hazırda stansiya rəhbərliyinə məsləhətlər verməyə davam edir. "Rosatom"un müəssisələri isə stansiyaya avadanlıq tədarük etməyə davam edir.

Femida.az

Açar sözlər: #Metsamor   #Ermənistan   #Rusiya    

Oxunub: 397