Çində partlayış olub, ölən və yaralanan var


11:29     24 Oktyabr 2021 21_10_24_1635057018.jpg

Çinin şimal-şərqindəki Lyaonin əyalətinin Şenyan şəhərindəki restoranlardan birində qaz partlayışı nəticəsində azı 5 nəfər həlak olub.

Femida.az xəbər verir ki, bu barədə “Global Times” qəzeti yazıb.

Xepin (Şenyanın inzibati mərkəzi) inzibati rəhbərliyi partlayış nəticəsində 4 nəfərin öldüyünü, 47 nəfərin yaralandığını bildirib. Hökumət fəsadları aradan qaldırmaq üçün əraziyə 1 000-dən çox xilasedicini, hüquq-mühafizə orqanlarının əməkdaşlarını, həkimləri, təcili əməliyyatların aparılmasından məsul olan digər səlahiyyətli şöbələrin nümayəndələrini səfərbər edib.

Hakimiyyət orqanları hələ hadisənin baş verməsinin səbəblərini dəqiq müəyyənləşdirə bilməyib. Mümkün ehtimallar arasında qaz borusundakı nasazlıq və sıxılmış təbii qazın saxlanılmasında problem var.

Partlayış 1,8 min ailəyə, həmçinin 100 mağazaya ziyan vurub.

Açar sözlər:

Oxunub: 523