"Zəfər yarmarkası"ndan əldə olunan gəlir "YAŞAT"a köçürüləcək
16:25 29 Oktyabr 2021
"Zəfər yarmarkası"ndan əldə olunan gəlir şəhid ailələri və müharibə əlillərinin təminatı üçün "YAŞAT" Fonduna ianə ediləcək".
Femida.az xəbər verir ki, bunu "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov Zəfər yarmarkasında jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, yarmarkada müxtəlif şirkətlər öz məhsullarını təqdim edirlər: "Həmçinin Müdafiə Nazirliyi tərəfindən kiçik olsa da, hərbi şəhərcik yaradılıb. Məhz burada olan silah və texnikalar 44 günlük Vətən müharibəsində qəhrəman əsgərlərimiz tərəfindən ərazilərimizin işğaldan azad olunmasında istifadə edilən texnikalardır".
E.Hüseynov bildirib ki, "Zəfər yarmarkası" 12 gün davam edəcək: "Havanın yağışlı, çiskinli olmasına baxmayaraq, paytaxt sakinlərini və qonaqları geniş və zəngin proqramı olan yarmarkada iştiraka dəvət edirik".
Qeyd edək ki, Dənizkənarı Milli Parkda təşkil edilən yarmarka oktyabrın 29-dan noyabrın 9-dək davam edəcək. Yarmarkanın təşkilatçıları “YAŞAT” Fondu, Müdafiə Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Dənizkənarı Bulvar İdarəsi və Azərbaycan Peyntbol Federasiyasıdır.
Femida.az
Oxunub: 668
Oxşar xəbərlər
- Zəfər Günü avtoxuliqanlıq edən tutuldu
- Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib
- Zəfər yolu açılıb
- Zəfər Günü ABŞ-da geniş qeyd olunacaq
- Zəfər gününə həsr edilən kitab çapdan çıxıb
- Zəfər Muzeyinin yeri ilə bağlı təkliflər Nazirlər Kabinetinə göndərilib
- Zəfər Gününə iki gün qalmış şəhidlik zirvəsinə ucaldı - REPORTAJ
- Zəfər Günü qeyri-iş günü olacaq - Prezident qanunu təsdiqlədi
- Zəfər paradından VİDEO və FOTOLAR
- Zəfər paradında “İtiqovan”, “Bayraktar” və “Harop” PUA-ları nümayiş olunub