ABŞ-da azyaşlılara “Pfizer”in vurulması tövsiyə edilib
09:17 03 Noyabr 2021
ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktikası (CDC) üzrə Federal Mərkəzi 5-11 yaşlı uşaqlara Amerikanın “Pfizer” və Almaniyanın “BioNTech” şirkətinin istehsal etdiyi peyvəndlərin vurulmasını tövsiyə edib.
Femida.az xəbər verir ki, bu barədə “Axios” informasiya portalı məlumat yayıb. Qeyd olunub ki, mərkəzin xüsusi komissiyasının üzvləri yekdilliklə ABŞ-da 5-11 yaş arası uşaqlar üçün göstərilən dərmanın iki dozası ilə peyvənd edilməsinə səs veriblər.
Bildirilib ki, bu yaş qrupunda olan uşaqlar üçün peyvəndin dozası böyüklər üçün dozanın təxminən üçdə birini təşkil edəcək və üç həftəlik fasilələrlə vurulacaq. Peyvənd cümə günü satışa çıxarıla bilər.
Femida.az
Oxunub: 3892
Oxşar xəbərlər
- Abşeronda hərbi sursat aşkarlanıb
- ABŞ-da atışma olub, ölən və yaralananlar var
- ABŞ səfirliyi Anım Günü ilə bağlı Azərbaycana başsağlığı verib
- Sabah Abşeronun bir hissəsində qaz olmayacaq
- Abşeronda kişi qısqanclıq zəminində bıçaqlanıb
- Ağ Ev Rusiyanı ABŞ-ın məhbus mübadiləsi təklifini qəbul etməyə çağırıb
- ABŞ Qarabağla bağlı narahatlığını bildirib
- ABŞ dünya ictimaiyyətini meymunçiçəyi ilə mübarizə aparmağa çağırır
- Ukrayna XİN ABŞ-ı silah tədarükünə nəzarət tələblərindən imtina etməyə çağırıb
- Sabah Abşeron rayonunun bəzi qəsəbələrində qaz olmayacaq