ABŞ-da atışma olub, ölən və yaralananlar var
09:41 28 Sentyabr 2022
ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində Roksboro liseyi yaxınlığında silahlı insident nəticəsində 14 yaşlı oğlan güllə xəsarəti nəticəsində ölüb, daha üç nəfər yaralanıb.
Femida.az-ın məlumatına görə, bu barədə “CBS News” xəbər verib.
Polisin məlumatına görə, naməlum şəxs yaşıl rəngli “Ford Explorer” markalı avtomobildən onlara bir neçə atəş açıb və hadisə yerindən uzaqlaşıb.
Bədəninin sol nahiyəsindən yaralanan 14 yaşlı yeniyetmə sonra xəstəxanada dünyasını dəyişib. Digər 14 yaşlı yeniyetmə oğlan isə sol bud nahiyəsindən güllə yarası alıb. Polis onun vəziyyətinin sabit olduğunu bildirib. Digər 17 yaşlı oğlan sağ qolundan 1, sol ayağından isə 3 güllə yarası alıb. O, Templ Universiteti Xəstəxanasına yerləşdirilib, vəziyyəti sabitdir.
Dördüncü yaralının vəziyyəti barədə məlumat yoxdur.
Hadisə ilə bağlı hələ heç kim saxlanılmayıb.
Polis baş verənlərin təfərrüatını araşdırır.
Oxunub: 1716
Oxşar xəbərlər
- ABŞ-da paradda atışmada ölənlərin sayı 7 nəfərə çatıb
- ABŞ-da yük maşınında 46 nəfərin meyiti aşkarlanıb
- ABŞ-da kilsəyə silahlı hücum zamanı ölənlərin sayı artıb
- ABŞ-da festivalda atışma olub, ölən və yaralananlar var
- ABŞ-da yaşayan tanınmış azərbaycanlı alim vəfat edib
- ABŞ-da atışma nəticəsində 6 nəfər ölüb
- ABŞ-da Ukraynaya müasir HHM sistemlərinin tədarükü müzakirə edilir
- ABŞ-da atışma olub, ölən və xəsarət alanlar var
- ABŞ-da vaksinasiyadan imtina etdiyi üçün 27 hərbçi qovulub
- ABŞ-da yol qəzasında ölən Azərbaycan vətəndaşının nəşi Bakıya gətirilib