ABŞ dünya ictimaiyyətini meymunçiçəyi ilə mübarizə aparmağa çağırır
10:47 24 İyul 2022
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) meymunçiçəyinin yayılmasını ictimai sağlamlıq üçün fövqəladə vəziyyət elan etmək qərarı dünya ictimaiyyəti üçün hərəkətə çağırışdır.
Femida.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Ağ Evin pandemiya məsələləri üzrə koordinatoru Rac Pəncabi bildirib.
O qeyd edib ki, ABŞ Prezidenti Cozef Bayden administrasiyası ölkədə xəstəliyə qarşı mübarizə strategiyasını təsdiqləyib. Pəncabinin sözlərinə görə, bu, vaksinlərin alınması və istehsalının həcminin artırılmasını, həmçinin onların ölkə daxilində yayılmasını nəzərdə tutur.
"Meymun çiçəyinin yayılmasını dayandırmaq, xəstəliyə yoluxma riski yüksək olan icmaları qorumaq və hazırkı epidemiyaya nəzarət etmək üçün əlaqələndirilmiş beynəlxalq reaksiya lazımdır", - Ağ Ev rəsmisinin yaydığı bəyanatda deyilir.
Daha əvvəl ÜST-ün rəhbəri Tedros Adanom Qebreyesus meymunçiçəyi xəstəliyinin yayılmasını qlobal sağlamlıq vəziyyəti elan edib.
Oxunub: 389
Oxşar xəbərlər
- Abşeronda hərbi sursat aşkarlanıb
- ABŞ-da atışma olub, ölən və yaralananlar var
- ABŞ səfirliyi Anım Günü ilə bağlı Azərbaycana başsağlığı verib
- Abşeronda kişi qısqanclıq zəminində bıçaqlanıb
- ABŞ Qarabağla bağlı narahatlığını bildirib
- ABŞ-da paradda atışmada ölənlərin sayı 7 nəfərə çatıb
- ABŞ və İran nümayəndələri arasında danışıqlar davam etdiriləcək
- Abşeronda quldurluq edən iki nəfər saxlanılıb
- ABŞ-da yük maşınında 46 nəfərin meyiti aşkarlanıb
- Abşeronda 35 yaşlı kişi qətlə yetirilib, atası tutulub