"27 il kağız üzərində qalan BMT qətnamələrini Azərbaycan özü həyata keçirdi" - Prezident
10:57 04 Noyabr 2021
Mən hər dəfə Qlobal Bakı Forumunda Ermənistan ilə Azərbaycan arasında münaqişə məsələsini qaldırırdım və bu gün bildirmək istəyirəm ki, bu münaqişə həll olunub.
Femida.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev VIII Qlobal Bakı Forumunun açılışında çıxış edərkən bildirib.
Prezident deyib: “Münaqişəni Azərbaycan özü həll etdi. Azərbaycan özü BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri həyata keçirdi. Bu qətnamələr erməni qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edirdi. Əfsuslar olsun ki, 27 il ərzində bu qətnamələr kağız üzərində qalırdı. Azərbaycan özü öz ərazi bütövlüyünü bərpa etməsəydi, həmin qətnamələr daha 27 il də kağız üzərində qalardı”.
Femida.az
Oxunub: 444
Oxşar xəbərlər
- İlham Əliyev ABŞ Etnik Anlaşma Fondunun prezidentini qəbul edib
- Prezident İlham Əliyev Əziz Sancarı qəbul edib
- Prezident Ağdam üzrə xüsusi nümayəndə vəzifəsini ləğv etdi
- Prezident Soçi görüşündən danışdı
- Prezident dörd səfirin etimadnaməsini qəbul edib - YENİLƏNİB
- İlham Əliyev Koreya rəsmisini qəbul edib - YENİLƏNİB
- Prezident yeni Biləcəri lokomotiv deposunun açılışında - FOTOLAR
- BMT İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən qətnaməni qəbul edib
- "Azərbaycan Ordusu məsum övladlarımızın qisasını aldı" - Prezident
- İlham Əliyev uşaqları təbrik edib