Azərbaycan Prezidenti: "Biz sülh müqaviləsini imzalamağa hazırıq"
13:59 04 Noyabr 2021
"Biz indi postmünaqişə dövründəyik. Ermənistana bir sıra təkliflər irəli sürmüşük ki, gəlin, sülh müqaviləsi üzərində işləməyə başlayaq. Çünki biz müharibə haqqında danışmaq yox, sülh haqqında, gələcək haqqında danışmaq fikrindəyik. Əfsuslar olsun ki, bu təklif hələ cavabını almayıb".
Femida.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev VIII Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı deyib.
Dövlətimizin başçısı deyib ki, indi hər bir şey Ermənistanın mövqeyindən asılı olacaq: “Çünki bizim mövqeyimiz tamamilə aydındır. Mən bir daha qeyd edirəm ki, biz sülh danışıqlarına başlamağa hazırıq, sülh müqaviləsini imzalamağa hazırıq. Biz səhifəni çevirmək istəyirik və sərhədləri müəyyən etmək fikrindəyik. Görürsünüz ki, Ermənistandan cavab gəlmir və demək olar, bir ildir onlar susurlar. Mənə elə gəlir ki, onlar Azərbaycanın konstruktiv mövqeyinə müqavimət göstərə bilməyəcəklər”.
Femida.az
Oxunub: 543
Oxşar xəbərlər
- İlham Əliyev ABŞ Etnik Anlaşma Fondunun prezidentini qəbul edib
- Prezident İlham Əliyev Əziz Sancarı qəbul edib
- Prezident Ağdam üzrə xüsusi nümayəndə vəzifəsini ləğv etdi
- Prezident Soçi görüşündən danışdı
- Prezident dörd səfirin etimadnaməsini qəbul edib - YENİLƏNİB
- İlham Əliyev Koreya rəsmisini qəbul edib - YENİLƏNİB
- Prezident yeni Biləcəri lokomotiv deposunun açılışında - FOTOLAR
- BMT İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən qətnaməni qəbul edib
- "Azərbaycan Ordusu məsum övladlarımızın qisasını aldı" - Prezident
- İlham Əliyev uşaqları təbrik edib