Türkiyədə daha iki terrorçu zərərsizləşdirilib


09:49     10 Noyabr 2021 2021/11/04341B8F-159E-4C20-A141-B4E800BDDB93_1636519221.jpeg

Türkiyənin cənub-şərqindəki Şırnak vilayətində iki terrorçu zərərsizləşdirilib.

Femida.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu sosial şəbəkədə məlumat verib.

Məlumata görə, terrorçular "Eren Kış-1" antiterror əməliyyatı çərçivəsində Bestler-Dərələr bölgəsində məhv edilib.

Bölgədə əməliyyatlar davam edir.

Qeyd edək ki, "Eren Kış" antiterror əməliyyatının birinci mərhələsi dünən başlayıb. PKK terrorçularına qarşı əməliyyat polis və jandarma xüsusi təyinatlılarının 1 550 əməkdaşının iştirakı ilə aparılır.

Əməliyyatın məqsədi Türkiyənin bu bölgəsində terror təhlükəsini aradan qaldırmaqdır.

Femida.az

Açar sözlər: #Terror    

Oxunub: 685