Pakistanda terror aktı olub, 10 hərbçi yaralanıb


12:34     05 İyul 2022 22_07_05_1657006492.jpg

Pakistanın Şimali Vəziristan əyalətində terror aktı olub.

Femida.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, kamikadze bombanı xüsusi təyinatlı hərbçilərin olduğu kortej yaxınlığında partladıb. Hadisə nəticəsində ən azı 10 əsgər yaralanıb. Onlardan 3-nün vəziyyəti ağırdır.

Qeyd edək ki, Şimali və Cənubi Vəziristandakı radikal qruplar Vəziristan İslam Dövləti adlanan təşkilatın yaradılmasına can atır.

Xatırladaq ki, Vəziristan Əfqanıstanla sərhəddə Pakistanın qəbilə bölgəsində yerləşir. Müxtəlif terror təşkilatlarının fəaliyyəti səbəbindən bura ölkənin təhlükəli nöqtələrindən biri hesab olunur.

Açar sözlər:

Oxunub: 277