“YAŞAT” Fondunun növbəti iclası keçirilib
12:57 16 Noyabr 2021
Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondunun Himayəçilik Şurasının növbəti iclası keçirilib.
Femida.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Fondun bu günə qədər həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Həmçinin gələcək fəaliyyətə dair planlar, nəzərdə tutulan məsələlər diqqətə çatdırılıb.
Himayəçilik Şurasının üzvləri də cari məsələlər, həmçinin gələcək fəaliyyətə dair təkliflərini diqqətə çatdırıblar.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Fondun vəsaitinin sərəncamçısı müəyyən edilib. Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti isə Azərbaycan Respublikası Prezidentinin yaratdığı Himayəçilik Şurası həyata keçirir.
Femida.az
Oxunub: 509
Oxşar xəbərlər
- Daha 5 qazimiz sağalaraq Vətənə geri döndü - FOTO
- Nazir: “Ədliyyə işçiləri “YAŞAT” və Qarabağ Dirçəliş fondlarına 4,5 milyon manatdan çox ianələr edib”
- "YAŞAT" Fondunun "Zəfər" Yarmarkası davam edir
- "Zəfər yarmarkası"ndan əldə olunan gəlir "YAŞAT"a köçürüləcək
- YAŞAT Fondu şəhid ailələri və qazilərə 44,5 milyon manatdan çox xərcləyib
- “İnnovasiyalar Mərkəzi” əməkdaşlarının və startapçıların qazilərlə görüşü keçirilib
- “YAŞAT” Fondu daha 4 qazimizi Türkiyəyə göndərdi
- Vergi cərimələrinin bir hissəsi "YAŞAT" Fonduna köçürüləcək
- Qazi haqda deyilənlər yalandır - "DOST" və “YAŞAT” birgə məlumat yaydı
- “YAŞAT” Fondu daha 3 qazini Türkiyəyə göndərib