Amnistiya beş xarici ölkənin vətəndaşına tətbiq olunub
10:32 24 Noyabr 2021
"Bu günədək amnistiya beş xarici ölkənin vətəndaşlarına tətbiq olunub".
Femida.az xəbər verir ki, bunu Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev deyib.
O bildirib ki, amnistiyanın tətbiq olunduğu məhkumların böyük əksəriyyətini az ağır və ya ilk dəfə ağır cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi altı aydan artıq olmayan şəxslər və islah işləri cəzasına məhkum edilmiş şəxslər təşkil edir:
"Onlar amnistiyanın tətbiq olunduğu məhkumların 78 faizini təşkil edir. Eləcə də azad edilmiş məhkumların hökmlərdəki əsas cəza növünün böyük əksəriyyətini, yəni 89 faizini müəyyən müddətə azadlıqdan məhrum etmə və islah işləri təşkil edir".
Femida.az
Oxunub: 447
Oxşar xəbərlər
- Amnistiya Aktı ilə azadlığa buraxılan şəxslərin sayı açıqlanıb
- Bu gün Amnistiya Aktının icrası başa çatır
- Amnistiya Aktının şamil edildiyi şəxslərin sayı açıqlanıb
- Azərbaycanda vergi ödəyicilərinə əmlak və kapital amnistiyası verilə bilər
- Gəncədə sexdəki partlayışa görə məsuliyyətə cəlb edilən sex rəisi amnistiyaya düşüb
- Amnistiya Aktının şamil olunduğu şəxslərin sayı açıqlanıb
- Amnistiya Aktı ilə cinayət işinə xitam verilən şəxslərin sayı açıqlanıb
- Amnistiya Aktı ilə cinayət işinə xitam verilən şəxslərin sayı açıqlanıb
- Baş Prokurorluq Amnistiya Aktının tətbiqi ilə bağlı yeni statistikanı açıqlayıb
- Amnistiya Aktı 70-ə yaxın qadına və 6 yeniyetməyə şamil olunacaq