Zaqatalada yol polisi reyd keçirib, piyadalar cərimələnib


16:47     10 Aprel 2022 22_04_10_1649592183.jpg

Piyadalar arasında intizamın möhkəmləndirilməsi, xüsusilə də onların yol hərəkəti ilə bağlı həyat və sağlamlığının qorunması məqsədi ilə Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində reyd təşkil olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, hərəkətin intensiv olduğu küçələrdə keçirilən reyd zamanı ərazidə yeraltı və yerüstü keçidlərin olmasına baxmayaraq, bəzi şəxslərin yolu müəyyən edilməyən yerlərdən keçdikləri aşkarlanıb. Bu kimi halların özləri ilə bərabər digər hərəkət iştirakçıları üçün də təhlükə yaratdığı onların diqqətinə çatdırılıb və barələrində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.


Açar sözlər:

Oxunub: 455