Qaxda reyd keçirilib, karantin qaydalarına riayət etməyənlər cərimələnib
09:22 11 Fevral 2022
Qax Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində karantin rejimi qaydalarına əməl olunmasına nəzarəti gücləndirmək məqsədilə reyd keçiriblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, keçirilən nəzarət-profilaktiki tədbirlər zamanı qapalı məkanlarda tibbi maskadan istifadə etməyən,özləri ilə yanaşı digərlərinin də sağlamlığına məsuliyyətsiz yanaşan satıcı və alıcılar müəyyənləşdirilib. Mövcud qaydalara riayət etməyin vacibliyi onların diqqətinə çatdırılıb, qanunun tələbləri bir daha izah edilib. Edilən xəbərdarlıqlara məhəl qoymayan həmin şəxslər barəsində inzibati tənbeh tədbirləri görülüb.
Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən isə ictimai nəqliyyatda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən sərnişin və sürücülər aşkarlanıb, onlarla izahedici söhbətlər aparılıb.
Həmçinin, COVID-19 pasportu olmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olan, taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər saxlanılıb. Həmin şəxslərin barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.
Oxunub: 461
Oxşar xəbərlər
- Qaxda 2 avtomobil toqquşub, xəsarət alanlar var
- Qaxda evdən 11 min manatlıq qızıl oğurlayan qardaşlar saxlanılıb
- Qaxda 68 yaşlı kişi at arabasından yıxılaraq ölüb
- Qaxda iş yoldaşının motosikletini oğurlayan şəxs saxlanılıb
- Qaxda qaydaları pozan 16 sürücü cərimələnib
- Qaxda axtarışda olan narkotacir tutulub
- Qaxda itkin düşən 57 yaşlı kişinin meyiti tapılıb
- Qaxda keçmiş polis əməkdaşı dəm qazından zəhərlənərək ölüb
- Qaxda cüyür ovlayan şəxs saxlanılıb
- Qaxda avtomobillər toqquşub, ölən var