Bakıda məscidin qarşısında tanışı öldürən şəxsə hökm oxunub
09:28 18 Dekabr 2021
Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Məhəmməd Rəhimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Femida.az - ın xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən porsesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 17 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bu il avqustun 13-ü saat 15 radələrində Nəsimi rayonu, İbrahim Əbilov küçəsində yerləşən “Məşədi Dadaş” məscidinin qarşısında 1978-ci il təvəllüdlü Dadaş Həmzəyevin naməlum şəxs tərəfindən bir dəfə ürək nahiyəsinə bıçaqla xəsarət yetirilməsi və almış olduğu xəsarətdən həmin gün saat 22 radələrində xəstəxanada ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin zərərçəkmişin tanışı, 1983-cü il il təvəllüdlü M.Rəhimov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə ilə əlaqədar törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
M.Rəhimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Oxunub: 427
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda usta işlədiyi evdə intihar etdi
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var