Övladı olacaq valideynlərə şad xəbər: Bu qədər pul veriləcək
15:11 20 Dekabr 2021
Prezident İlham Əliyevin bu gün imzaladığı yeni fərmanlarla əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlarla yanaşı, digər bir sıra kateqoriyalara yönələn müavinətlər də əhəmiyyətli şəkildə artırılıb.
Femida.az xəbər verir ki, uşağın anadan olmasına görə birdəfəlik müavinət 200 manatdan 300 manata çatdırılıb.
Bu müavinət üç il əvvəlki məbləğlə (109 manat) müqayisədə 2,8 dəfə artırılıb.
Uşağın anadan olmasına görə birdəfəlik müavinəti almaq üçün nə etmək lazımdır?
Uşağın anadan olmasına görə birdəfəlik müavinətin təyin edilməsi elektron qaydada həyata keçirilir. Uşaq üçün doğum haqqında şəhadətnamə alındığı gündən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi tərəfindən Ədliyyə Nazirliyinin müvafiq informasiya sisteminə inteqrasiya şəraitində əldə olunan məlumat əsasında müavinət elektron qaydada təyin olunur.
Bunun üçün valideynlərin hər hansı quruma müraciət və sənəd təqdim etmələrinə ehtiyac yoxdur. Birdəfəlik müavinət uşağın anasına (ana olmadıqda və ya digər istisna hallarda atasına) təyin edilir və bu barədə, həmçinin müavinəti hansı bankdan alacağı barədə valideynə sms-məlumat göndərilir. Daha sonra valideyn şəxsiyyət vəsiqəsini təqdim etməklə müvafiq bankdan müavinəti ala bilir.
Oxunub: 396
Oxşar xəbərlər
- Övladını tək böyüdən qadının işlə təminatı üçün sosial müəssisə yaradılacaq
- Övladını küçəyə atan ana ilə bağlı araşdırmalara başlanılıb
- Övladının ad günündə qayınanasını öldürən şəxsə hökm oxunub
- Övladını su kanalına atan anaya cinayət işi açıldı
- Övladını "otlamağa" məcbur edərək videoya çəkən ata həbs edilib - RƏSMİ
- Övladı birinci sinifə gedəcək valideynlərin nəzərinə!
- Övladı orta məktəbdə oxuyanların NƏZƏRİNƏ — Koronavirusa görə tapşırıq verildi
- Övladına şişlə işgəncə verən anaya cinayət işi açılıb
- Övladını məktəbə yola salırdı - Maşın vurub öldürdü
- Övladınızın narkotikaya qurşandığını göstərən 10 əlamət – Valideynlərin diqqətinə!