Qaxda axtarışda olan narkotacir tutulub
09:47 13 Fevral 2022
Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan şəxs tutulub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Şəki rayon sakini, başqa bir cinayət əməlinə görə məsuliyyətindən yayındığı üçün barəsində 2020-ci ildən axtarış elan edilmiş Səxavət Əliyev şübhəli şəxs qismində saxlanılıb.
İlkin araşdırma zamanı onun Şəki rayonundan Qaxa gələrək burada narkotik vasitələrin satışı ilə məşğul olduğu müəyyən edilib. O, ifadəsində əməlini etiraf edib və narkotik vasitəni Ağyazı kəndi ərazisindəki körpünün altında gizlətdiyini bildirib. S.Əliyevin də iştirakı ilə polis əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilib və oradan sellofan torbada, eləcə də kibrit qutularında ümumi çəkisi yarım kiloqrama yaxın qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb və S.Əliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Oxunub: 674
Oxşar xəbərlər
- Qaxda 2 avtomobil toqquşub, xəsarət alanlar var
- Qaxda evdən 11 min manatlıq qızıl oğurlayan qardaşlar saxlanılıb
- Qaxda 68 yaşlı kişi at arabasından yıxılaraq ölüb
- Qaxda iş yoldaşının motosikletini oğurlayan şəxs saxlanılıb
- Qaxda qaydaları pozan 16 sürücü cərimələnib
- Qaxda itkin düşən 57 yaşlı kişinin meyiti tapılıb
- Qaxda keçmiş polis əməkdaşı dəm qazından zəhərlənərək ölüb
- Qaxda cüyür ovlayan şəxs saxlanılıb
- Qaxda avtomobillər toqquşub, ölən var
- Qaxda evlərdən elektrik naqillərini oğurlayan şəxs saxlanılıb