Qaxda iş yoldaşının motosikletini oğurlayan şəxs saxlanılıb
13:14 30 Aprel 2022
Qaxda iş yoldaşının motosikletini oğurlayan şəxs saxlanılıb.
Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, Qax rayonu Zəyəm kəndi ərazisində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən motosikletin oğurlanması barədə Rayon Polis Şöbəsinə müraciət daxil olub.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən şəxsin zərərçəkmişin həmkəndlisi və iş yoldaşı Qurban Qurbanlı olduğu müəyyən edilib. O, əməlini etiraf edib və oğurladığı motosikleti Bakı şəhərinə apararaq orada 600 manata satdığını bildirib.
Polis əməkdaşları tərəfindən davam etdirilən tədbirlərlə həmin nəqliyyat vasitəsinin paytaxtdan Gəncə şəhərinə satıldığı məlum olub və oradan götürülərək istintaqa təqdim edilib.
Faktla bağlı cinayət işi başlanılıb.
Oxunub: 397
Oxşar xəbərlər
- Qaxda 2 avtomobil toqquşub, xəsarət alanlar var
- Qaxda evdən 11 min manatlıq qızıl oğurlayan qardaşlar saxlanılıb
- Qaxda 68 yaşlı kişi at arabasından yıxılaraq ölüb
- Qaxda qaydaları pozan 16 sürücü cərimələnib
- Qaxda axtarışda olan narkotacir tutulub
- Qaxda itkin düşən 57 yaşlı kişinin meyiti tapılıb
- Qaxda keçmiş polis əməkdaşı dəm qazından zəhərlənərək ölüb
- Qaxda cüyür ovlayan şəxs saxlanılıb
- Qaxda avtomobillər toqquşub, ölən var
- Qaxda evlərdən elektrik naqillərini oğurlayan şəxs saxlanılıb