Qaxda 68 yaşlı kişi at arabasından yıxılaraq ölüb


14:05     31 May 2022 22_05_31_1653991564.jpg

Qax rayonunda bədbəxt hadisə baş verib.

Hadisə bu gün səhər saatlarında rayonun Əmbərçay kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 1954-cü il təvəllüdlü Neymət Əhmədov əkin sahəsindən kəndə qayıdan zaman ehtiyatsızlıqdan at arabasından yıxılıb.

Hadisə zamanı N.Əhmədov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı Qax Rayon Prokurorluğunda araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 331