Mingəçevirdə koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıb
11:14 19 Fevral 2022
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə iki nəfər aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, şəhər sakini Lalə Məmmədovanın COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib, sanitar-karantin qaydaları izah olunub. Buna baxmayaraq həmin şəxs ictimai yerdə hərəkətdə olarkən saxlanılıb və yaşadığı ünvana geri qaytarılıb.
Daha bir aktiv koronavirus xəstəsi Yazgül Allahverdiyevanın da özünütəcrid qaydalarını pozaraq yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub. O, evinə geri qaytarılıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Hər iki şəxs barəsində araşdırma aparılır.
Oxunub: 3169
Oxşar xəbərlər
- Mingəçevirdə qanunsuz qum-çınqıl hasilatı işləri aparan şəxsin cinayət işi məhkəməyə göndərilib
- Mingəçevirdə qayda pozuntuları törədən 35 sürücü cərimələnib
- Mingəçevirdə qadın vətəndaşlara qarşı 30 min manata yaxın dələduzluq edib
- Mingəçevirdə qanunsuz balıq ovu ilə bağlı 5 cinayət faktı qeydə alınıb
- Mingəçevirdə ana və azyaşlı övladları dəm qazından zəhərlənib, ölən var
- Mingəçevirdə saxta pul çap edən qadın və kişi saxlanılıb
- Mingəçevirdə keçmiş məhkumdan heroin götürülüb
- Mingəçevirdə kütləvi dava olub, iki nəfər bıçaqlanıb
- Mingəçevirdə yarımtikilidə meyit tapılıb
- Mingəçevirdə sabiq məktəb direktoruna cinayət işi açılıb