Mingəçevirdə qanunsuz balıq ovu ilə bağlı 5 cinayət faktı qeydə alınıb
16:12 31 Mart 2022
Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən cari il ərzində keçirilən tədbirlər zamanı qanunsuz balıq ovu ilə məşğul olan şəxslər məsuliyyətə cəlb edilib və onlardan yarım tona yaxın balıq müsadirə edilərək aidiyyəti üzrə təhvil verilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, ekoloji cinayətlərə qarşı mübarizə tədbirləri çərçivəsində polis əməkdaşlarının xidməti ərazidə keçirdikləri əməliyyatlar nəticəsində qanunsuz balıq ovuna görə 2022-ci ilin 3 ayı ərzində 5 cinayət və 5 inzibati fakt qeydə alınıb.
Həmin əməlləri törədən şəxslərdən 497 kiloqram axçalı balıq,4 ədəd qayıq və 7 tor götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Oxunub: 2782
Oxşar xəbərlər
- Mingəçevirdə qanunsuz qum-çınqıl hasilatı işləri aparan şəxsin cinayət işi məhkəməyə göndərilib
- Mingəçevirdə qayda pozuntuları törədən 35 sürücü cərimələnib
- Mingəçevirdə qadın vətəndaşlara qarşı 30 min manata yaxın dələduzluq edib
- Mingəçevirdə koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıb
- Mingəçevirdə ana və azyaşlı övladları dəm qazından zəhərlənib, ölən var
- Mingəçevirdə saxta pul çap edən qadın və kişi saxlanılıb
- Mingəçevirdə keçmiş məhkumdan heroin götürülüb
- Mingəçevirdə kütləvi dava olub, iki nəfər bıçaqlanıb
- Mingəçevirdə yarımtikilidə meyit tapılıb
- Mingəçevirdə sabiq məktəb direktoruna cinayət işi açılıb