Balakəndə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi barədə araşdırma başlanıb


11:48     22 Fevral 2022 22_02_22_1645508901.jpg

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi ilə əlaqədar keçirilən nəzarət-yoxlama tədbirləri zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən Femida.az-a məlumata görə, COVID-19 testinin nəticəsi pozitiv olan rayon sakini Orxan Həsənova ev şəraitində müalicə təyin edilməsinə və sanitar-karantin qaydaları izah olunmasına baxmayaraq, o, yaşadığı ünvanı tərk edib.

Həmin şəxs polis əməkdaşları tərəfindən idarə etdiyi avtomobillə Katex kəndi ərazisində hərəkətdə olarkən saxlanılıb və tibbi prosedurlar da gözlənilməklə evinə geri qaytarılıb.

Orxan Həsənov barəsində Balakən Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 637