Füzulidə qızını öldürən ata tutulub


14:11     07 Mart 2022 22_03_07_1646638972.jpg

Martın 6-sı saat 20 radələrində 1989-cu il təvəllüdlü Ramilə Əsədovanın Füzuli rayonu ərazisində yaşadığı evdə aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Füzuli Rayon Prokurorluğundan Femida.az-a verilən məlumata görə, aparılan ilkin araşdırmalarla zərərçəkmişin atası 1957-ci il təvəllüdlü Ağarəhim Niftəliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Ramilə Əsədovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Füzuli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ağarəhim Niftəliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Açar sözlər:

Oxunub: 2840