Füzulidə velosiped sürən gənci avtomobil vurub
09:45 19 Aprel 2022
Füzuli rayonunda 17 yaşlı gənc velosipedçini avtomobil vurub.
Femida.az-ın məlumatına görə, hadisə Füzuli-Xocavənd yolunda qeydə alınıb.
Belə ki, 2005-ci il təvəllüdlü Hüseynov İmaməli Raci oğlu velosipedlə hərəkətdə olarkən avtomobil onu vurub.
Yaralı əvvəlcə rayon mərkəzi xəstəxanasına aparılıb. Lakin sonra Bakıdakı xəstəxanalardan birinə yerləşdirilib.
Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyinin əzilməsi diaqnozu qoyulub.
Fakt araşdırılır.
Oxunub: 2796
Oxşar xəbərlər
- Füzulidə minaya düşən polisin ayağı amputasiya edilib
- Füzulidə ermənilərin atıb qaçdıqları raket sistemi aşkarlanıb
- Füzulidə 31 yaşlı kişini avtomobil vurub
- Füzulidə müəyyən edilməmiş avtomobil yolun kənarında dayanan şəxsi vuraraq öldürüb
- Füzulidə 14 min manatdan artıq oğurluq edən şəxslər saxlanılıb
- Füzulidə xeyli sayda silah-sursat aşkarlanıb
- Füzulidə minaya düşən gəncin son durumu açıqlanıb
- Füzulidə qızını öldürən ata tutulub
- Füzulidə traktor minaya düşüb
- Füzulidə qətl törədən şəxsin işi məhkəməyə göndərilib