Bayden Polşaya səfər edəcək
12:56 21 Mart 2022
ABŞ Prezidenti Cozef Bayden Brüsseldə Avropa İttifaqı (Aİ) və NATO liderləri ilə görüşlərdən sonra Polşaya gedəcək və bu ölkənin Prezidenti Anjey Duda ilə görüşəcək.
Femida.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ağ Ev bildirib.
Qeyd edilir ki, Prezident bu həftə Belçikanın Brüssel şəhərində ABŞ-ın NATO üzrə müttəfiqləri, G7 liderləri və Avropa İttifaqı ilə görüşlərdən sonra Ukraynaya dəstək vermək, beynəlxalq səyləri müzakirə etmək üçün Polşaya gedəcək.
Ağ Evin mətbuat katibi Cen Psaki məlumatı təsdiqləyib.
Bayden və Duda arasında ikitərəfli görüş martın 25-də Varşavada baş tutacaq.
Amerika Prezidenti ABŞ-ın müttəfiqləri, tərəfdaşları ilə birlikdə Ukraynadakı vəziyyətin yaratdığı humanitar və insan haqları böhranına necə reaksiya verdiyini müzakirə edəcək.
Oxunub: 399
Oxşar xəbərlər
- Bayden Çinə qarşı sanksiyaların müddətini daha bir il uzadıb
- Bayden Azərbaycanda yaşayış standartlarının yüksəldilməsinə görə İlham Əliyevin addımlarını alqışlayıb
- Bayden Ukraynaya 40 milyard dollarlıq yardım ayrılması layihəsini imzalayıb
- Bayden dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə təbrik edib
- Bayden mayda Asiya ölkələrinə səfər edəcək
- Bayden Ukraynaya yeni hərbi yardım paketini elan edib
- Bayden Rusiyaya qarşı yeni sanksiyalar barədə fərmanı imzalayıb
- Bayden və Aİ liderləri Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini müzakirə edəcəklər
- Bayden: “Putin kimyəvi silahdan istifadə edə bilər”
- Bayden G7-nin Ukrayna ilə bağlı sammitində iştirak etmək üçün Brüsselə gedəcək