Bayden dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə təbrik edib


20:38     02 May 2022 22_05_02_1651509527.jpg

ABŞ Prezidenti Cozef Bayden dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə təbrik edib.

Femida.az xəbər verir ki, ABŞ rəhbəri təbrik paylaşımını tviter hesabında edib.

“Cill və mən Ramazan bayramını qeyd edən hər kəsə ən xoş arzularımızı çatdırırıq. Dünya müsəlmanları Ramazan ayını başa vurduqca, ay ərzində şahidi olduğumuz icma, şəfqət və xidmət ruhu il boyu davam etsin”, - Bayden sosial şəbəkə hesabında yazıb.

Açar sözlər:

Oxunub: 386