Çində qəzaya uğrayan “Boeing 737”nin sərnişinlərinin meyitləri hələ tapılmayıb
12:55 22 Mart 2022
Xilasedicilər hələ Çinin cənubunda qəzaya uğrayan “Boeing 737” təyyarəsinin sərnişinlərin və ekipaj üzvlərinin meyitlərini tapmayıb.
Femida.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası xilasedicilərə istinadən məlumat yayıb.
“Xilasedicilərin məlumatına görə, qəzaya uğrayan təyyarənin qalıqları hadisə yerində tapılıb, lakin itkin düşənlər hələ tapılmayıb”, - telekanal səhər saat 9:50-də (Bakı vaxtı ilə saat 05:50) bildirib.
Axtarış-xilasetmə işləri davam edir. Qeyd olunur ki, dağlıq ərazi axtarış işlərinin aparılmasında böyük çətinliklər yaradır.
Qeyd edək ki, hadisə bazar ertəsi olub. "China Eastern Airlines” şirkətinə məxsus “Boeing 737” sərnişin təyyarəsi Çinin Quanqsi-Çjuan Muxtar Bölgəsinin Uçjou şəhər dairəsində, Ten ərazisində qəzaya uğrayıb və meşə yanğınına səbəb olub. Mülki Aviasiya İdarəsi göyərtəsində 132 nəfərin, o cümlədən 123 sərnişin və 9 ekipaj üzvü olan “China Eastern Airlines”ə məxsus təyyarənin qəzaya uğradığını təsdiqləyib.
Oxunub: 328
Oxşar xəbərlər
- Bakıda toy kortecində avtoxuliqanlıq edən sürücülər saxlanılıb
- Çində koronavirusun "omikron" ştamının yeni alt növü müəyyən edilib
- Peskov: "Rusiya Çindən Ukraynadakı əməliyyatla bağlı yardım istəməyib"
- 14 şəhidin içində adı “İşçi Nəbiyev” yazılan şəxs kimdir? – Gizli qəhrəman
- Çində 7 nəfəri bıçaqla öldürən şəxs özünü çaya atıb
- Çində partlayış olub, ölən və yaralanan var
- Çində daşqınlar nəticəsində azı 15 nəfər ölüb, itkin düşənlər var
- Təcridxanaya soğan və corabın içində narkotik keçirmək istədilər - Foto
- Çində təhsil alan azərbaycanlı idmançı vəfat edib
- Çində qaz partlayışı zamanı 8 nəfər həlak olub, xəsarət alanlar var