Zaqatalada hazırlıq mərkəzinin rəhbəri cərimələnib
16:59 26 May 2022
Zaqatalada hazırlıq mərkəzi cərimələnib.
Bu barədə Femida.az-a rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, "Zaqatala Modern Hazırlıq Mərkəzi" MMC-də əmək qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı daxil olan müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Aparılan araşdırmalarla şirkət tərəfindən bir nəfər şəxsin Əmək Məcəlləsində nəzərdə tutulan qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edildiyindən MMC-nin direktoru Vüqar Bəkirov və MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək qanunvericiliyinin pozulması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq vəzifəli şəxslə bağlı qərarın surəti zəruri sənədlərlə birlikdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şəki-Zaqatala Regional Şöbəsinə, hüquqi şəxslə bağlı qərarın surəti isə aidiyyatı üzrə baxılmasından ötrü Zaqatala Rayon Məhkəməsinə göndərilib.
Nəticədə Vüqar Bəkirov 4200 manat məbləğində, hüquqi şəxs "Zaqatala Modern Hazırlıq Mərkəzi" MMC isə 20 min manat məbləğində inzibati cərimə edilib.
Oxunub: 297
Oxşar xəbərlər
- Zaqatalada 40 ağacın kəsilməsi ilə bağlı cinayət işi başlanılıb
- Zaqatalada 1 tondan artıq narkotik tərkibli bitki məhv edilib
- Zaqatalada 23 yaşlı ana doğuşdan sonra ölüb
- Zaqatalada qanunsuz küçə ticarəti ilə məşğul olanlar cərimələnib
- Zaqatalada qaydaları pozan 39 sürücü cərimələnib
- Zaqatalada narkotacir tutulub
- Zaqatalada yol polisi reyd keçirib, piyadalar cərimələnib
- Zaqatalada qadının xəstəxanada ölməsi ilə bağlı cinayət işi açılıb
- Zaqatalada piyada keçidlərindən istifadə etməyənlər cərimələnib
- Zaqatalada 34 yaşlı kişini avtomobil vurub