Zaqatalada qaydaları pozan 39 sürücü cərimələnib
19:33 16 Aprel 2022
Zaqatalada yol hərəkəti təhlükəsizliyini daha səmərəli təşkil etmək və qayda pozuntuları törədən sürücülərə qarşı mübarizəni gücləndirmək məqsədi ilə yol polisinin əməkdaşları tərəfindən rayon ərazisində növbəti reyd keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, şəhərin müxtəlif nöqtələrində təşkil olunan reydlər zamanı təhlükəsizlik kəmərindən, avtomobilin işıq cihazlarından, yəni dönmə siqnallarından düzgün istifadə etməyən, nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi edən və digər qayda pozuntularına yol verən 39 sürücü müəyyən olunub.
Polis əməkdaşları tərəfindən saxlanılan sürücülərlə maarifləndirici söhbətlər aparılıb, sükan arxasında məsuliyyətli olmağın vacibliyi vurğulanıb. Həmin şəxslər barəsində inzibati protokollar tərtib edilib.
Oxunub: 444
Oxşar xəbərlər
- Zaqatalada 40 ağacın kəsilməsi ilə bağlı cinayət işi başlanılıb
- Zaqatalada 1 tondan artıq narkotik tərkibli bitki məhv edilib
- Zaqatalada hazırlıq mərkəzinin rəhbəri cərimələnib
- Zaqatalada 23 yaşlı ana doğuşdan sonra ölüb
- Zaqatalada qanunsuz küçə ticarəti ilə məşğul olanlar cərimələnib
- Zaqatalada narkotacir tutulub
- Zaqatalada yol polisi reyd keçirib, piyadalar cərimələnib
- Zaqatalada qadının xəstəxanada ölməsi ilə bağlı cinayət işi açılıb
- Zaqatalada piyada keçidlərindən istifadə etməyənlər cərimələnib
- Zaqatalada 34 yaşlı kişini avtomobil vurub