ABŞ Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdən keçirir
10:32 26 Aprel 2022
ABŞ hakimiyyəti Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi imkanlarını nəzərdən keçirməkdə davam edir və çox güman ki, bu istiqamətdə əlavə tədbirlər görəcək.
Femida.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki növbəti brifinq zamanı bildirib.
Onun sözlərinə görə, Amerikanın məhdudlaşdırıcı tədbirlərindən qorunacaq insanlar yoxdur.
“Biz artıq Prezident (Rusiyanın dövlət başçısı - red) Putinə, eləcə də onun qızlarına, ən yaxın adamlarına qarşı sanksiyalar tətbiq etmişik. Əlavə icmal aparmağa davam edəcəyik. Yəqin ki, başqa bir şey edəcəyik”, - o deyib.
2022-ci ilin fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb. Rusiyada “xüsusi hərbi əməliyyat” adlanan bu müharibədə indiyədək Ukraynanın bir sıra şəhərləri işğal edilib. Minlərlə dinc sakin həlak olub, milyonlarla insan yurdlarından didərgin salınıb. Müharibənin ilk günlərindən Qərb Rusiyaya qarşı ən sərt iqtisadi sanksiyaları işə salıb. Sanksiyalar ilk dəfə olaraq humanitar sahələrə də toxunub.
Oxunub: 290
Oxşar xəbərlər
- Abşeronda hərbi sursat aşkarlanıb
- ABŞ-da atışma olub, ölən və yaralananlar var
- ABŞ səfirliyi Anım Günü ilə bağlı Azərbaycana başsağlığı verib
- Sabah Abşeronun bir hissəsində qaz olmayacaq
- Abşeronda kişi qısqanclıq zəminində bıçaqlanıb
- Ağ Ev Rusiyanı ABŞ-ın məhbus mübadiləsi təklifini qəbul etməyə çağırıb
- ABŞ Qarabağla bağlı narahatlığını bildirib
- ABŞ dünya ictimaiyyətini meymunçiçəyi ilə mübarizə aparmağa çağırır
- Ukrayna XİN ABŞ-ı silah tədarükünə nəzarət tələblərindən imtina etməyə çağırıb
- Sabah Abşeron rayonunun bəzi qəsəbələrində qaz olmayacaq