DİN Şəkidəki ağır yol qəzasının başvermə səbəbini açıqlayıb
21:24 05 İyun 2022
Daxili İşlər Nazirliyi (DİN) Şəkidə baş vermiş ağır yol qəzasının başvermə səbəbi barədə məlumat yayıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a bildirilib ki, bu gün saat 16:30 radələrində Şəki şəhərində yerləşən istirahət mərkəzlərinin birində Ağdam rayon sakini Elya Əhmədovun idarə etdiyi “İsuzu” markalı sərnişin avtobusunda yaranmış nasazlıqla əlaqədar nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.
Hadisə yerinə polis şöbəsinin, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və Təcili Tibbi Yardımın həkim briqadaları cəlb olunub, xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Hazırda faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.
Qeyd edək ki, 4-ü müəllim, 2-si valideyn və 16-sı da şagird olmaqla, ümumilikdə 22 nəfər gəzmək məqsədilə Samux rayonundan Şəki şəhərinə gəliblər.
Oxunub: 435
Oxşar xəbərlər
- DİN Aşura mərasimləri ilə bağlı vətəndaşlara müraciət edib
- DİN: İçərişəhərdə törədilən vandalizm aktı barədə məlumat yayılıb
- DİN: "Şabrandakı yanğında polis və mülki əhali arasında xəsarət alan olmayıb"
- DİN-də polis mayoruna yüksək vəzifə verilib
- DİN Ağsu sakininin polis zorakılığına məruz qalması barədə iddialara münasibət bildirib
- DİN Vətən müharibəsi iştirakçısının qəzada ölməsi ilə bağlı məlumat yayıb
- DİN Goranboyda məktəbə narkotik alüdəçilərinin toplaşdığı iddialarına münasibət bildirib
- DİN-in Polis Akademiyasının professor-müəllim heyətinin maaşlarına əlavələr olacaq
- DİN Sabirabadda IX sinif şagirdinə toy edilməsinə münasibət bildirib
- DİN: Son 2 gündə bulvarda itkin düşən 17 uşaq tapılıb