DİN: İçərişəhərdə törədilən vandalizm aktı barədə məlumat yayılıb


20:52     21 İyul 2022 22_07_21_1658422372.jpg

Bir sıra KİV-də və sosial şəbəkələrdə İçərişəhərin Qala divarında törədilən vandalizm aktı barəsində məlumatlar yayılıb.

Bu barədə Femida.az-a DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib.

Onun sözlərinə görə, həmin yazılar bir müddət əvvəl yazılıb və bunu edən şəxslər müəyyən olunublar.

"Həmin yazıların təmizlənməsi xüsusi qaydada həyata keçirildiyi üçün xaricdən mütəxəssislər dəvət edilib. Hazırda onların gəlişi gözlənilir", - DİN rəsmisi əlavə edib.

Açar sözlər:

Oxunub: 679