İmişlidə 4 il əvvəl törədilən oğurluğun üstü açılıb
09:59 18 İyun 2022
İmişli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən ötən illərdən bağlı qalmış oğurluq hadisələrinin açılması və cinayət əməllərini törədən şəxs və ya şəxslərin saxlanılaraq istintaqa cəlb olunması istiqamətində uğurlu əməliyyat tədbiri keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Femida.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2018-ci ilin mart ayında İmişli rayon sakini İ.Əmirova məxsus yardımçı təsərrüfatdan 21 baş xırdabuynuzlu heyvanları oğurlayaraq zərərçəkmişə 3500 manata yaxın maddi ziyan vuran iki nəfər saxlanılıb. Araşdırmalarla onların rayon sakinləri Şamil Kazımov və tanışı, əvvəl məhkum olunmuş Elbrus Muradov olduqları müəyyən edilib.
Dindirilmə zamanı hər iki şəxs dörd il əvvəl törətdikləri cinayət əməlini etiraf ediblər.
Bundan əlavə həmin şəxslərin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində məlum olub ki, E.Muradov bu ilin may ayının 25-də rayon ərazisində yerləşən mağazaların birindən qanunsuz daxil olaraq, oradan 300 manat pul və 150 manat dəyərində danışıq kartları, eləcə də bir ədəd noutbuk oğurlamaqla mağaza sahibinə 850 manat maddi ziyan vurub.
Faktlarla bağlı İmişli RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Oxunub: 348
Oxşar xəbərlər
- İmişlidə 46 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarətlər alıb
- İmişlidə kişinin arvadını bıçaqlaması ilə bağlı cinayət işi başlanılıb
- İmişlidə qadın qətlə yetirilib, əri intihar edib
- İmişlidə avtomobillər toqquşub xəsarət alanlar var
- İmişlidə yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb
- İmişlidə tanışını bıçaqlayan şəxsin məhkəməsi başlayır
- İmişlidə avtomobil dərəyə aşıb, xəsarət alanlar var
- İmişlidə avtomobil su kanalına düşüb, ölən var
- İmişlidə brakonyerliyə qarşı reyd keçirilib
- İmişlidə mağazada yanğın olub