İmişlidə 46 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarətlər alıb


08:54     25 Avqust 2022 22_08_25_1661403273.jpg

İmişlidə 46 yaşlı kişi motosikletlə qəza törədərək ağır xəsarətlər alıb.

Femida.az-ın məlumatına görə, hadisə rayonun mərkəzi hissəsində qeydə alınıb.

1976-cı il təvəllüdlü Həsənov Aydın Sücaət oğlu idarə etdiyi motosikleti yol kənarındakı maneəyə çırpıb.

Hadisə zamanı xəsarət alan A.Həsənov təcili tibbi yardımın köməkliyilə İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə gətirilib. Müayinə zamanı ona boyun fəqərəsinin sınığı, döş qəfəsinin küt travması və hər iki ağ ciyərin əziyi diaqnozu qoyulub.

Fakt araşdırılır.

Açar sözlər:

Oxunub: 345