İmişlidə kişinin arvadını bıçaqlaması ilə bağlı cinayət işi başlanılıb
14:56 23 İyul 2022
İyulun 21-i saat 06 radələrində İmişli rayon sakini Günel Abdullayevanın xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Rayon prokurorluğundan Femida.az-a bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1983-cü il təvəllüdlü Xanoğlan Quliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Günel Abdullayevanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Xanoğlan Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İş üzrə istintaq davam edir.
Oxunub: 388
Oxşar xəbərlər
- İmişlidə 46 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarətlər alıb
- İmişlidə qadın qətlə yetirilib, əri intihar edib
- İmişlidə 4 il əvvəl törədilən oğurluğun üstü açılıb
- İmişlidə avtomobillər toqquşub xəsarət alanlar var
- İmişlidə yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb
- İmişlidə tanışını bıçaqlayan şəxsin məhkəməsi başlayır
- İmişlidə avtomobil dərəyə aşıb, xəsarət alanlar var
- İmişlidə avtomobil su kanalına düşüb, ölən var
- İmişlidə brakonyerliyə qarşı reyd keçirilib
- İmişlidə mağazada yanğın olub