Balakəndə əməliyyatlar zamanı narkotiklərlə əlaqədə şübhəli bilinən 7 nəfər tutulub
11:12 18 İyun 2022
Balakən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının son 15 gündə keçirdikləri əməliyyatlar zamanı narkotik vasitə və psixotrop maddələrin satışı, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 7 nəfər tutulub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatları əsasında keçirilən tədbirlər zamanı narkotik vasitələrin kultivasiyası ilə məşğul olan rayon sakinləri - Həsən Gəncəliyev və Səyyad Əhmədov saxlanılıb. H.Gəncəliyevin rayonun Hənifə kəndi ərazisindəki meşəlikdə, S.Əhmədovun isə qarğdalı sahəsində yetişdirdiyi narkotik tərkibli bitkilər polis əməkdaşları tərəfindən aşkarlanaraq maddi sübut kimi götürülüb.Həmçinin, şəxsi axtarış zamanı H.Gəncəliyevdən qurudulmuş marixuana da aşkarlanıb.
Keçirilən növbəti əməliyyatlar zamanı isə Kamran Əliyev, əvvəllər də eyni əmələ görə 3 dəfə məhkum olunmuş Sərxan Mirzəyev, Kamil Məmmədov, Kənan İmamverdiyev və Rövşən Məmmədov saxlanılıb. Onların üzərilərinə keçirilən baxış zamanı müxtəlif çəkilərdə heroin, qurudulmuş marixuana və psixotrop maddə olan metamfetamin aşkarlanıb.
Faktarla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxunub: 263
Oxşar xəbərlər
- Balakəndə 28 yaşlı kişinin qulağını kəsən şəxs saxlanılıb
- Balakəndə ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 5-i yaralanıb
- Balakəndə həyətyanı sahəsini narkotik plantasiyasına çevirən qadın saxlanılıb
- Balakəndə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 13 nəfər saxlanılıb
- Balakəndə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi barədə araşdırma başlanıb
- Balakəndə videolarını sosial şəbəkədə paylaşan avtoxuliqan sürücü həbs olunub
- Balakəndə iki koronavirus xəstəsi barəsində araşdırma başlanıb
- Balakəndə 75 yaşlı kişi yanaraq ölüb
- Balakəndə marixuana çəkib, sərnişin daşıyan sürücülər saxlanılıb
- Balakəndə karantin rejimi ilə əlaqədar reyd keçirilib, 17 nəfər cərimələnib