ABŞ-da kilsəyə silahlı hücum zamanı ölənlərin sayı artıb


13:15     18 İyun 2022 22_06_18_1655532955.jpg

ABŞ-ın Alabama ştatında kilsəyə silahlı hücum nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.

Bu barədə Femida.az xarici mətbuata istinadən xəbər verir.

Vestavia Hills Polis İdarəsindən verilən məlumatda bildirilir ki, Müqəddəs Stefan yepiskop kilsəsində güllə xəsarəti alan 3-cü yaralı ölüb.

Kilsədəki silahlı hücumda yaralanan və xəstəxanada müalicəsi davam etdirilən yaşlı qadının ölüm xəbəri yayılarkən, polis hadisənin araşdırıldığını və şübhəlinin adının açıqlanacağını bildirib. Cinayət işi prokurorlar tərəfindən hazırlanana qədər gizli saxlanılacaq.

Qeyd edək ki, şəxsiyyəti açıqlanmayan 71 yaşlı kişi kilsə üzvlərinin qatıldığı şam yeməyində ətrafdakılara atəş açıb, nəticədə 3 nəfər xəsarət alıb.

Bildirilib ki, şam yeməyinə qatılanlardan biri cinayətkarın daha çox adama atəş açmasının qarşısını alıb və onu polisə təhvil verib.

Daha əvvəl hadisə zamanı 2 nəfərin həlak olduğu, 1 nəfərin ağır yaralandığı xəbər verilib.

Açar sözlər:

Oxunub: 382