ABŞ-da yük maşınında 46 nəfərin meyiti aşkarlanıb


10:47     28 İyun 2022 22_06_28_1656392988.jpg

ABŞ-ın Texas ştatının San-Antonio şəhərində miqrantların olduğu yük maşınında 46 nəfərin meyiti aşkarlanıb.

Bu barədə Femida.az xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, miqrant olduğu bildirilən 46 nəfər sürücünün tərk etdiyi yük maşınında ölü tapılıb.

Yük maşınında halsız vəziyyətdə olan daha 16 nəfər xəstəxanalara aparılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım maşınları cəlb edilib.

Maşında olanların qeyri-qanuni yollarla ABŞ-a keçməyə çalışdıqları güman edilir.

San-Antonio Polis İdarəsinin yük maşınının sürücüsünü axtardığı bildirilir, hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Açar sözlər:

Oxunub: 350