Biləsuvarda avtomobil qaz xəttinə çırpılıb, bir kənd qazsız qalıb


21:14     19 İyul 2022 22_07_19_1658251238.jpg

Biləsuvar rayonunda yol qəzası baş verib.

Hadisə rayonun Əsgərabad kəndində qeydə alınıb.

Belə ki, idarəetməni itirən sürücü "VAZ 2107" markalı minik avtomobilini qaz xəttinə çırpıb. Qəza nəticəsində sürücü yüngül xəsarət alıb. Lakin kəndin 5 min sakini qazsız qalıb. Həmçinin elektrik və rabitə dirəyi aşıb. Hazırda qəzanın fəsadları aradan qaldırılır.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 407