Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb


12:12     25 İyul 2022 22_07_25_1658732353.jpg

Biləsuvar rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə iyulun 24-də saat 1 radələrində rayonun Cəbrayıl qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, Cəlilabad rayon sakini Qadir Qasımov avtomobillə vurulub. Xəsarətlə xəstəxanaya yerləşdirilən piyada oarada ölüb.

Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “VAZ-2106” markalı avtomobillə törədilməsi müəyyən edilib. Həmin nəqliyyat vasitəsini idarə edən Beyləqan rayon sakini S.Əlizadə saxlanılıb.

Araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 333