Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb


09:56     24 İyul 2022 22_07_24_1658642188.jpg

Biləsuvar rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar - Bəhrəmtəpə avtomobil yolunun rayonun İsmətli kəndindən keçən hissəsində qeydə alınıb. "VAZ-21015" markalı minik avtomobili piyada, 1986-cı il təvəllüdlü Fərhadov Fərhad Ələddin oğlunu vurub.

Yaralı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 351