Şirvanda kişi arvadını uşağının gözləri qarşısında xüsusi amansızlıqla öldürüb - RƏSMİ
11:12 29 İyul 2022
Şirvan Şəhər Prokurorluğu qətl hadisəsi ilə bağlı məlumat yayıb.
Prokurorluqdan Femida.az-A daxil olan məlumatda deyilir:
"İyulun 29-u, saat 01 radələrində Şirvan şəhər sakini 1994-cü il təvəllüdlü Camalə Qənbərovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Aparılan ilkin araşdırmalarla zərərçəkmişin əri, 1992-ci il təvəllüdlü Kəmaləddin Qənbərovun şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı azyaşlı oğlunun gözləri qarşısında bıçaqla Camalə Qənbərovaya çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Kəmaləddin Qənbərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İş üzrə istintaq davam edir".
Oxunub: 324
Oxşar xəbərlər
- Şirvanda narkotik tərkibli bitkiləri yetişdirən şəxs saxlanılıb
- Şirvanda iki il qabaq törədilən oğurluğun üstü açılıb
- Şirvanda çörəkbişirmə sexindən oğurluqda şübhəli bilinən şəxs saxlanılıb
- Şirvanda mağazada fəhlə xəsarət alıb
- Şirvanda arvadını öldürüb, polisə silahlı müqavimət göstərən şəxs saxlanılıb
- Şirvanda işıq dirəklərini oğurlayan şəxs saxlanılıb
- Şirvanda bir ailənin 4 üzvü zəhərlənib
- Şirvanda yataqxanada yanğın zamanı 4 nəfər tüstüdən zəhərlənib, 30 nəfər təxliyə edilib
- Şirvanda qızına qarşı dələduzluq edən qadına cinayət işi açılıb
- Şirvanda karantin qaydalarının pozulduğu üç şadlıq sarayı aşkarlanıb