Şirvanda narkotik tərkibli bitkiləri yetişdirən şəxs saxlanılıb
09:22 30 İyul 2022
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Femida.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Şəmsi Umudov saxlanılıb.
Onun yaşadığı fərdi yaşayış evinə keçirilən baxış zamanı quruması üçün kökündən çıxarılmış vəziyyətdə 30 ədəd çətənə bitkisi aşkarlanıb.
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Oxunub: 343
Oxşar xəbərlər
- Şirvanda kişi arvadını uşağının gözləri qarşısında xüsusi amansızlıqla öldürüb - RƏSMİ
- Şirvanda iki il qabaq törədilən oğurluğun üstü açılıb
- Şirvanda çörəkbişirmə sexindən oğurluqda şübhəli bilinən şəxs saxlanılıb
- Şirvanda mağazada fəhlə xəsarət alıb
- Şirvanda arvadını öldürüb, polisə silahlı müqavimət göstərən şəxs saxlanılıb
- Şirvanda işıq dirəklərini oğurlayan şəxs saxlanılıb
- Şirvanda bir ailənin 4 üzvü zəhərlənib
- Şirvanda yataqxanada yanğın zamanı 4 nəfər tüstüdən zəhərlənib, 30 nəfər təxliyə edilib
- Şirvanda qızına qarşı dələduzluq edən qadına cinayət işi açılıb
- Şirvanda karantin qaydalarının pozulduğu üç şadlıq sarayı aşkarlanıb