Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb


10:48     21 Sentyabr 2022 bicaq.jpg

Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

Mübahisə zəminində bıçaqlanan 2006-cı il təvəllüdlü Məmmədov Rəsul Rauf oğlu təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona döş qəfəsinin bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Açar sözlər:

Oxunub: 3092