Özəl tibb müəssisələrinin monitorinqi aparılacaq
22:56 07 İyun 2016
“Bu gün Azərbaycanda yüzlərlə özəl tibb müəssisəsi var. Səhiyyə Nazirliyi tərəfindən özəl tibb müəssisələrinin işlərinin standartlara uyğun şəkildə aparılmasına daim diqqət yetirilir".
Femida.az-ın xəbərinə görə, bunu Azərbaycan Tibb Müəssisələri Assosiasiyasının sədri Rauf Ağayev deyib.
R. Ağayev bildirib ki, özəl tibb müəssisələrinin bəziləri kiçik, bəziləri isə böyükdür. R.Ağayev qeyd edib ki, yeni yaradılan assosiasiya tərəfindən özəl tibb müəssisələri ilə bağlı monitorinqlər aparılaraq, bu yöndə Səhiyyə Nazirliyinə dəstək veriləcək: “Tibbi xidməti keyfiyyətli təşkil etmək bizim xidmətin əsas məqsədidir. Pasiyentlərin hüquqlarının qorunması da mühüm məsələdir. Dünyada bir neçə keyfiyyət standartı var. Bunlar həm pasiyentin hüquqlarının qorunması, həm də tibbi xidmətin yüksək səviyyədə təşkili ilə bağlıdır. Artıq Azərbaycanda beynəlxalq sertifikatların alınması üzrə işlər aparılır. Bir sıra müəssisələr bu sertifikatı almağa qadirdir. Amma bu istiqamətdə müxtəlif işlər aparılmalıdır".
Femida.az
Oxunub: 1172
Oxşar xəbərlər
- Özəl klinikada xəstənin başına gəlməyən qalmadı
- Özəl klinikada qadını bu vəziyyətə saldılar - FOTO
- Özəl klinikalarla müqavilə bağlayarkən diqqətli olun! - ARAŞDIRMA
- Özəl klinikada biabırçılıq - Ana olmaq üçün getdi, lakin... (FOTOLAR)
- Özəl universitetlərin inkişafı stimullaşdırılacaq
- Özəlləşdiriləcək 65 müəssisənin adı açıqlandı
- Özəl baytarlıq xidməti yaradılacaq
- Özəl məktəblərlə bağlı yeni qərar
- Özəl tibb fəaliyyəti ilə məşğul olanlara - Qadağa
- Özəl tibb fəaliyyəti ilə bağlı yeni qayda