Batumidə asayiş bərpa edilib


14:55     12 Mart 2017 batum-asayis_14892992015.jpg

Batuminin Çavçavadze küçəsini gecə boyu iğtişaşlar törədən nümayişçilərdən tamamilə təmizləyib.


“Sputnik Qruziya” agentliyinin məlumatına görə, hüquq-mühafizə orqanları radikal etirazçıları dağıtmaq üçün rezin güllələrdən istifadə edib.

Rəsmi məlumata əsasən küçələrdə ciddi qarşıdurma baş verməyib. Səhər saat 7-yə yaxın şəhərdə asayiş bərpa olunub.

İğtişaşların iştirakçılarının tutulması üçün əməliyyat keçirilir. Saxlanılanların sayı hələlik açıqlanmayıb.

İğtişaşlar nəticəsində 30-dan çox insana zərə dəydiyi bildirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 982