Uşağa qəlyan çəkdirən atanı hansı cəza gözləyir?- Hüquqşünasdan açıqlama


19:58     07 Fevral 2018 18_02_07_1518004855.jpg

Sosial şəbəkələrdə azyaşlı uşağa qəlyan çəkdirilməsi ilə bağlı video yayılıb. Görüntülərdən məlum olur ki, azyaşlıya sulu qəlyan təklif edilir və bu hal bir neçə dəfə təkrarlanır.


Femida.az məsələnin hüquqi tərəfini araşdırıb. Hüquqşünas Vüqar Səfərli mövzu ilə bağlı danışarkən qeyd edib ki, bu hərəkəti edən valideyni cərimə gözləyir.Həm də valideynlik vəzifələrini kobud şəkildə pozmaqdır.Belə olan halda maraqlı şəxsin məhkəməyə ərizəsi ilə valideynlik hüquqları da məhdudlaşdırıla bilər.





Qanunda azyaşlılara tütün məmulatlarının satışı ilə bağlı hansı qadağalar var?






Hüquqşünasın sözlərinə görə,tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə görə, yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satışı və ya satış məqsədi olmadan verilməsi,habelə onların tütündən istifadə prosesinə cəlb edilməsi qadağandır.Tütün məmulatlarının buraxılmasını bilavasitə həyata keçirən şəxs (satıcı) tütün məhsulunu istifadə edən şəxsin (alıcının) yetkinlik yaşına çatmasına şübhə etdikdə satıcı alıcıdan onun şəxsiyyətini təsdiq edən və yaşını müəyyən etməyə imkan verən sənəd tələb edir.Alıcının yetkinlik yaşına çatmasına şübhə olduqda, onun şəxsiyyətini təsdiq edən və yaşını müəyyən etməyə imkan verən sənəd təqdim edilmirsə, satıcı tütün məmulatını alıcıya satmaqdan imtina edir. Yetkinlik yaşına çatmayan şəxslərin tütündən istifadəsinə icazə verilmir.

İnzibati Xətalar Mecəlləsinin 455-ci maddəsinə görə etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə - yüz manat məbləğində cərimə edilir.

Mircəlal Məcidli
Femida.az



Açar sözlər: #Hüquqşünas   #Vəkil   #Qanun   #Valideyn   #Uşaq   #Video   #Siqaret   #Tütün  

Oxunub: 3002